İnterpress.az Avropa.info-ya istinadən xəbər verir ki, Zaxarova ABŞ-ın silah üzrə sanksiyalarının Moskva ilə Ankaranın arasındakı hərbi-texniki əməkdaşlığa mane olub-olmayacağı ilə bağlı jurnalistlərin sualına cavab verib:
“Türkiyə ilə əməkdaşlığıımızı üçüncü ölkələrdən müstəqil olaraq qiymətləndiririk. Digər oyunçuların maraqlarının fərqindəyik. Fəqət bizim üçün xüsusilə Türkiyə ilə münasibətlərimiz dəstəkləmək çox vacibdir və bunu da edirik” – deyə cavab verib.
Zaxarova Türkiyə ilə problemlərinin olacağı təqdirdə Rusiyanın bunu qarşılıqlı əsasda həll edəcəyini deyib:
“Əməkdaşlıq perspektivlərimiz varsa, bunları istifadə edirik. Heç şübhəsiz ki, planlarımız haqda beynəlxalq təşkilatlara xəbər verəcəyik. Bu planımız məlum idi, biz heç bir şey gizlətmədik, regional və beynəlxalq problemləri nəzərə aldıq. Bu üzdən Rusiya digər işitirakçılardan heç bir şey gizlətmədən Türkiyə ilə dialoq qurur. Lakin bu əməkdaşlığımızın xarici oyunçuların təsirinə məruz qalmaması lazımdır”.
İnterpress.az