Müsavat funksionerlərinin bildirdiyinə görə, küçə yürüşünə icazə verilmədiyi üçün onlar piket keçirməyə əl atıblar.
Piket keçirilən zaman heç bir polis müdaxiləsi baş verməyib. Piket bitdikdən sonra isə polislər Müsavat Partiyasının 5 üzvünü – Səxavət Soltanlı, Tofiq Yaqublu, Mustafa Hacıbəyli və digər 2 şəxsi saxlayaraq polis bölməsinə aparıblar.
Hal-hazırda partiya üzvlərinin saxlanmasına görə digər piket iştirakçıları etirazlarını davam etdirirlər.
İnterpress.az