İnterpress.az-ın məlumatına görə, etirazçılar Qazaxıstanla sərhəddə yaranmış vəziyyətin həll olunmasını tələb edirlər.
Qeyd edək ki, ötən ayın əvvəllərində Qazaxıstan Qırğızıstanla sərhəddə nəzarəti gücləndirərək bu ölkədən yüklərini keçidinin 3 dəfəyədək azalması barədə tədbirlər görüb. Bu yüklərin 80 faizi tranzit yolu ilə Rusiyaya çatdırılırdı.
Etiraz aksiyasının dinc şəraitdə davam etdiyi bildirilib.
Qırğızıstan mətbuatı aksiyada 500-dən çox adamın iştirak etdiyini yazır. (trend)
İnterpress.az