İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, bu barədə əməliyyata qatılan \”Həşdi Şabi\” silahlı qruplaşmasının mətbuat idarəsi məlumat yayıb. Məlumatda deyilir ki, onlar Suriya ilə sərhəddə yerləşən Əl-Kaim şəhərini tam azad ediblər. Ötən həftə İraqın baş naziri Heydər əl-Abadi Əl-Kaim şəhərinin azad edilməsi ilə bağlı əməliyyatın başlandığını bəyan etmişdi. O, şəhərin terrorçuların son dayaq nöqtəsi olduğunu bildirib.
İnterpress.az