İnterpress.az xəbər verir ki, D.Peskov müzakirə ediləcək bir çox mövzuların olduğunu bildirib. Hazırda razılaşdırılan əsas mövzulardan biri Suriyadakı böhranın nizamlanmasıdır. Onun sözlərinə görə, son vaxtlar bu sahədə xeyli müsbət dəyişikliklər baş verib.
D.Peskov prezidentlərin Şimali Koreya problemini müzakirə edəcəyini istisna etməyib.
Rusiya prezidentinin mətbuat katibi bununla belə Şimali Koreya məsələsində Rusiya və ABŞ-ın əməkdaşlıq etmədiyini qeyd edib: “Yalnız hərdənbir fikir mübadiləsi aparılır”.
Qeyd edək ki, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitinin 6-11 noyabr tarixlərində Vyetnamda keçiriləcəyi gözlənilir. (apa)
İnterpress.az