Rusiyanın paytaxtı Moskvanın mərkəzində 200-dən artıq şəxs icazəsiz etiraz aksiyasına görə polis tərəfindən saxlanılıb.
Bu barədə Rusiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
\”İctimai asayişi pozduqlarına görə noyabrın 5-də Moskvanın mərkəzində 263 nəfər saxlanılıb. Onlar inzibati qanun pozuntuları haqqında protokolların tərtib edilməsi üçün polis tərəfindən ərazi bölmələrinə çatdırılıb. \” – , məlumatda bildirilir.
Qeyd edək ki, bənzər aksiyalar Sankt-Peterburqda, Krasnodarda, Krasnoyarskda, Permdə və Rostov – Donda da keçirilib.
***
İnterpress.az xəbər verir ki, Manej meydanında 40-dan çox adam, Sankt-Peterburq və Krasnoyarsk şəhərlərində isə bir neçə nəfər saxlanılıb.
Saxlanılanların sayı barədə rəsmi məlumat daxil olmayıb.
Noyabrın 3-də Rusiyanın Federal Təhlükəsizlik Xidməti ayın 4-5-də ölkə ərazisində aksiya keçirməyi planlaşdıran qadağan olunmuş \”Artpodqotovka\” hərəkatı özəyinin üzvlərinin saxlanılması barədə məlumat yayıb.
Hərəkatın lideri, millətçi Vyaçeslav Maltsev cinayət təqibindən ehtiyatlanaraq Rusiyanı tərk edib. Dövlət Dumasına seçkilərdən sonra o, Rusiyada inqilab hazırladığını bildirib. Hərəkat liderinin iddiasına görə, inqilab 5 noyabr 2017-ci il tarixində baş verməlidir. (report)
İnterpress.az