İnterpress.az xəbər verir ki, bunu Senatın kəşfiyyat üzrə komitəsinin sədri Riçard Berr bəyan edib.
Onun sözlərinə görə, hazırda ifadələrin alınması davam etdirilir. “İlin sonunadək araşdırmanı yekunlaşdırmaq və fevral ayı üçün məruzəni hazırlamaq xüsusi səy tələb edəcək. Bu asan deyil, amma bunun üçün hazırlanmış kadrlarımız var”, deyə R.Berr qeyd edib.
Xatırladaq ki, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır. Ədliyyə Nazirliyi tərəfindən təyin olunan xüsusi prokuror Robert Müller də analoji təhqiqatı davam etdirir.
İnterpress.az