İcra hakimiyyətlərinin heç bir işə yaramayan rəsmi saytları- Araşdırmabackend

İcra hakimiyyətlərinin heç bir işə yaramayan rəsmi saytları- Araşdırma

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az –ın araşdırmasına görə, bütün dünyada informasiya texnologiyalarının sürətlə inkişaf etdiyi və yeniləndiyi dövrdə Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının rəsmi saytları yararsız vəziyyətdədir. Bu saytlar yalnız merlərinin fəaliyyətini işıqlandırmaqla məşğuldurlar. Bakı Şəhər İH-nin rəsmi saytı isə 2 ildir ki, ümumiyyətlə fəaliyyət göstərmir, saytda yer alan ən yeni xəbər 2015-ci il 19 may tarixli I Avropa oyuları haqqında olan xəbərdir.
Bucür rəsmi saytlar şəhərlərimizi, rayonlarımızı təbliğ etmək, onlar haqda yeni məlumatlar paylaşmaq, vətəndaşların problemlərini işıqlandırmaq əvəzinə, yerli icra başçısının hər hansı tədbirdəki çıxışını xəbər lentlərində paylaşmaqla kifayətlənirlər. Müxtəlif bölmələrdə yer alan məlumatlar , foto, video qalereyalar yenilənmir, vətəndaşların elktron müraciətlərinə cavab verilmir.
Nazirlər Kabinetinin 16 fevral 2007-ci il tarixli “Dövlət orqanlarının və bələdiyyələrin internet informasiya ehtiyatlarının yaradılması Formaları və Qaydaları”nın təsdiq edilməsi haqqında qərarının 12.9-cu maddəsində qeyd olunur ki, internet saytları dövlət dilində və tələbatdan asılı olaraq, ən azı bir geniş yayılmış xarici dildə tərtib olunmalıdır. Bu qərarın qəbulundan 10 il keçməsinə baxmayaraq, yerli icra orqanlarının saytları, hələ də yalnız Azərbaycanca fəaliyyət göstəririr, təbii ki, bunu fəaliyyət hesab etmək olarsa.
Erməni işğalı altıdakı rayonlarımızın da icra hakimiyyətlərinin rəsmi saytları ilə tanış olduq. Bu saytlarda da vəziyyət ürəkaçan deyil. Əksərinin ən yeni xəbəri keçən ay dərc olunmuş “2017-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib” başlıqlıdır.
Bir neçə yerli icra orqanının rəsmi saytına birlikdə nəzər salaq, Sumqayıt ŞİH-in saytında ən yeni xəbər 26 oktyabrda, Quba RİH-də 2 noyabr, Zaqatala RİH-də 2 oktyabr, Şamaxı RİH-də 24 oktyabr, Gəncə ŞİH-də 30 oktyabr tarixində yerləşdirilib. Abşeron Rih-in saytı digərlərinə nisbətən daha intensiv xəbər yerləşdirir, lakin xəbərlərin tərkibi başçı xanımın fəaliyyətindən kənara çıxmır.
Məsələ ilə bağlı bəzi RİH-lər ilə əlaqə saxlamaq istədik, ancaq telefon zənglərimizə cavab verilmədi.

İcra hakimiyyətlərinin heç bir işə yaramayan rəsmi saytları- Araşdırma

İcra hakimiyyətlərinin heç bir işə yaramayan rəsmi saytları- Araşdırma

İcra hakimiyyətlərinin heç bir işə yaramayan rəsmi saytları- Araşdırma

İcra hakimiyyətlərinin heç bir işə yaramayan rəsmi saytları- Araşdırma

İcra hakimiyyətlərinin heç bir işə yaramayan rəsmi saytları- Araşdırma

İcra hakimiyyətlərinin heç bir işə yaramayan rəsmi saytları- Araşdırma

İnterpress.az