İlin sonunadək Məmmədyarov-Nalbandyan görüşü təşkil ediləcəkbackend

İlin sonunadək Məmmədyarov-Nalbandyan görüşü təşkil ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı oktyabrın 16-da Cenevrədə keçirilən sammitin yekunlarını nəzərə alaraq, həmsədrlər bu ilin sonuna kimi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etməyi planlaşdırırlar: \”Görüş planlaşdırılır. Görüşün vaxtı məlum olan kimi məlumat verəcəyik\”.

O, qeyd edib ki, bu görüşədək isə həmsədrlər Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirəcəklər: \”Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmaslar istisna deyil\”.

İnterpress.az