İnterpress.az xəbər verir ki, yaxınlarının sözlərinə görə, hazırda Tahir Əkbər süni nəfəs aparatından ayrılıb.
“Ümid çoxdur, artıq özü nəfəs alır. Amma buna baxmayaraq, Tahir müəllim hələ reanimasiyadadır. Həkimlər əllərindən gələni edirlər”.
Qeyd edək ki, bəstəkar Tahir Əkbər noyabrın 2-də insult keçirib. Vəziyyəti ağır olan bəstəkar Respublika Müalicəvi Diaqnostika Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib.
İnterpress.az