İnterpress.az xəbər verir ki, Xorvatiya yığması Pireydə DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin oyununda Yunanıstanla qolsuz heç-heçə edərək mundiala vəsiqəni təmin edib.
Xorvatiyada keçirilən ilk matçda meydan sahibləri rəqibi 4:1 hesabı ilə darmadağın etmişdi. Xorvatiya yığması 4 dəfə futbol üzrə dünya çempionatında iştirak edib (1998, 2002, 2006 və 2014-cü illərdə). Komanda 1998-ci ildə mundialın üçüncü pilləsinə yüksəlib. (apa)
İnterpress.az