Tağıyevin xatirə gecəsi keçiriləcəkbackend

Tağıyevin xatirə gecəsi keçiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, muzeydən verilən məlumata görə, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin elmi katibi, tarix elmləri üzrə fəlsəfə doktoru Fərhad Cabbarov, BP-nin kəşfiyyat üzrə aparıcı mütəxəssisi, H.Z.Tağıyevın nəticəsi Nazim Abdullayev, AMEA-nın Geologiya və Geofizika İnstitutunun böyük elmi işçisi, geologiya va mineralogiya elmləri namizədi Səidə Miri-zadə H.Z.Tağıyevın həyat və fəaliyyəti haqqında məlumatlarını bölüşəcək.

Saat 15:00-da başlayacaq gecəyə giriş sərbəstdir.

Qeyd edək ki, xeyriyyəçi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağı oğlu Tağıyev 1823-cü il (bəzi mənbələrdə 1838) yanvarın 10-da Bakıda başmaqçı ailəsində anadan olub. O, kiçik yaşlarından fəhləlik edib, 15 yaşından bənnalığa başlayıb, 1873-cü ildə neftçıxarma işinə sərmayə qoyub və 1878-ci ildə mədəndə baş verən neft fontanı onu Bakının zəngin sahibkarlarından birinə çevirib. H.Z.Tağıyev 1879-cu ildə Bakıya su kəməri çəkdirib, 1901-ci ildə 325 min manatlıq vəsait sərf edərək Cənubi Qafqazda yeganə qızlar məktəbini tikdirib. O, 1924-cü il sentyabrın 13-də Mərdəkanda vəfat edib, axund Əbuturab məqbərəsində dəfn edilib.

İnterpress.az