İnterpress.az Qol.az-a istinadən xəbər verir ki, millimizin qolkiperi ölkə çempionatının 13-cü turunda \”Ostrava\” ilə görüşdə iki sarı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb. Beləliklə, Kamran 14-cü turda \”Bohemians\”la matçı buraxacaq.
Qeyd edək ki, \”Ostrava\” ilə qarşılaşmanın 73-cü dəqiqəsində hakimə yersiz etiraza görə sarı vərəqə ilə cəzalandırılan K.Ağayev bundan iki dəqiqə sonra vaxtı uzatdığı üçün ikinci dəfə xəbərdarlıq alıb və meydandan qovulub.
İnterpress.az