Apasport.az saytının məlumatına görə, matçın ilk hissəsi başa çatmamış görüşü tərk edən Xames Rodrigez və Xuan Bernatın bir müddət oynamayacaqları açıqlanıb.
Bildirilib ki, münhenqladbaxlıların müdafiəçisi Toni Yançke ilə toqquşan Xamesin beyni zədələnib. Kolumbiyalı futbolçu bir neçə gün həkimlərin nəzarətində olacaq və məşq edə bilməyəcək.
Bernatın isə yüngül əzələ problemi var və o da hazırlıqlardan kənarda qalacaq.
İnterpress.az