Messi Ronaldu ilə münasibətlərindən danışdıbackend

Messi Ronaldu ilə münasibətlərindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə argentinalı ulduzun sözlərinə əsasən “Tribal Football” saytı məlumat yayıb.

“Dostluq – illər ərzində qurulur. Ronaldu ilə heç bir münasibətim yoxdur. Bir-birimizi yalnız mükafatlandırma mərasimlərində görürük, söhbətləşirik. Hər şey qaydasındadır. Bununla belə, yollarımız o qədər də tez-tez kəsişmir”, – deyə Messi bildirib.

Yanvarın 22-də Ronaldo “Barselona” klubundan olan həmkarını “pis oyunçu” adlandırmışdı. İspaniya çempionatının oyunlarından birində, matçdan əvvəl futbolçunu yaşıl meydana müşayiət edən uşaq portuqala “Sən mənim üçün dünyanın ən yaxşısısan, Messi isə…” demişdi. Ronaldu uşağın cümləsini özü tamamlamaq qərarına gəlmiş və “ Messi isə pis futbolçudur” ifadəsini işlətmişdi.

İnterpress.az