XİN başçıları bu gün görüşəcək – YENİLƏNİRbackend

XİN başçıları bu gün görüşəcək – YENİLƏNİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Krakov şəhərində Ermənistanın XİN rəhbəri Eduard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.

İnterpress.az xəbər verir ki, müzakirə zamanı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesi haqda danışılıb.

Görüşdə həmçinin, ATƏT-inin qüvvədə olan sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də iştirak edib.

Bu gün Krakovda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcək.

***

İnterpress.az xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesi müzakirə olunacaq. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik də iştirak edəcək.

İnterpress.az