“Azərbaycan” – “Kosova” oyunu ləğv olundu – SƏBƏBbackend

“Azərbaycan” – “Kosova” oyunu ləğv olundu – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. UEFA Millətlər Liqası turnirinin bu gün İsveçrənin Lozanna şəhərində keçirilmiş püşkatmasının nəticəsinə əsasən, Azərbaycan və Kosovo milli komandalarının eyni qrupda mübarizə aparacağı müəyyənləşdiyi üçün fevralın 2-də Türkiyənin Antalya şəhərində bu komandalar arasında planlanlaşdırılan yoldaşlıq oyunu baş tutmayacaq.

Bununla əlaqədar hər iki futbol federasiyasının rəhbərliyi arasında püşkatmadan sonra görüş keçirilib və qarşılıqlı razılıq əldə olunub.

İnterpress.az