Səhiyyə İdarəsi: Bakıda rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidirbackend

Səhiyyə İdarəsi: Bakıda rast gəlinən xəstəlik kəskin respirator virus xəstəliyidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bunu Bakı Şəhər Baş Səhiyyə İdarəsinin baş terapevti Rəhilə Əliyeva deyib. O bildirib ki, xəstəliyin ağırlaşmaması üçün zökəm əlamətləri hiss edən şəxslər dərhal həkimə müraciət etməlidirlər: \”Xəstəliklərlə bağlı müraciətlər daha çox sentyabr-may ayları ərzində daxil olur. Daha çox tənəffüs, ürək-damar sistemi, mədə-bağırsaq, sümük-oynaq xəstəlikləri ilə bağlı müraciətlər edilir\”. Baş terapevt qeyd edib ki , Klinik Tibbi Mərkəzin iki terapevtik şöbəsinə ötən ilin sentyabr-dekabr aylarında 378 müraciət daxil olub, müraciətlərin sırasında ilk yeri ürək-damar sistemi xəstəlikləri tutub.

İnterpress.az