İnterpress.az xəbər verir ki, papa dünyada ilk yalan xəbər müjdəçisinin Həvvanı qadağan olunmuş ağacın meyvəsini yeməyə razı salan ilan olduğunu deyib.
Xristian kilsəsinin başçısı katoklilərin bu il 52-ci dəfə təşkil edəcəyi “Dünya Sosial Əlaqə Günü” mərasimi üçün “saxta xəbərlər və sülh jurnalistliyi” başlıqlı mesaj yayımlayıb.
O, yalan xəbərlərin zərərini İncildən örnəklər verərək izah edib. Habil-Qabil və Babil qülləsi hadisələrini gerçəklərin gizlədilməsinin ilk nümunəsi olduğunu deyən Papa “yaradılış kitabında bəhs edilən fırıldaqçı ilan insanlığın şəfəqində ilk saxta xəbər yayan olub. Tanrı bilir ki, o ağacın meyvəsini yeyəndə gözləriniz açılacaq, yaxşı ilə pisi biləcəksiniz və Tanrı kimi olacaqsınız” sözlərini əlavə edib. (publika.az)
İnterpress.az