Allahşükür Paşazadə Qüds üzrə konfransa gedirbackend

Allahşükür Paşazadə Qüds üzrə konfransa gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QMİ-nin mətbuat xidmətindən İnterpress.az-a bildiriblər ki, səfərdə məqsəd 29-30 yanvar tarixlərində İstanbul şəhərində “Qüds: Vəhyin müqəddəsləşdirdiyi şəhər” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

QMİ sədri Şeyxülislam A.Paşazadə beynəlxalq konfransın açılış mərasimində məruzə ilə çıxış edəcək.

Türkiyə hökumətinin himayəsi altında keçiriləcək konfransda Türkiyə, İran, İraq, Fələstin, Hindistan, Malayziya, İngiltərə, Özbəkistan, Pakistan, Nigeriya, Tatarıstan (RF), Mərakeş, İndoneziya, Uqanda, Qazaxıstan, Keniya, Mavritaniya, Somali, Cibuti və Tanzaniyadan tanınmış elm və din xadimlərinin iştirakı gözlənilir.

İnterpress.az