Azərbaycandan Türkiyəyə Afrin dəstəyibackend

Azərbaycandan Türkiyəyə Afrin dəstəyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Türk Silahlı Qüvvələrinin Afrində təşkil etdiyi əməliyyatla əlaqədar aksiya təşkil edən Azərbaycan vətəndaşları Türkiyənin Bakıdakı səfirliyinin önünə toplanıb. Türkiyənin Azərbaycandakı səfirliyi qarşısında toplanan insanlar, \”Azərbaycan-Türkiyə\”, \”Rəcəb Tayyib Ərdoğan\”, \”Yaşasın Türkiyə, yaşasın Azərbaycan\” deyə Türkiyə lehinə birlik və qardaşlıq şüarları qaldırıb.

Türkiyənin bu haqlı davasının yanında olduqlarını vurğulayan Bakı Qazilər Dərnəyinin rəhbəri və Osmanlı Diriliş Xalq Hərəkatının prezidenti Fuad Rzayev, \”Əvvəldən bu hadisəni yaxından təqib edirik. Türkiyənin haqlı davasını dəstəkləyirik. Bizim qazilərimiz içində könüllü olaraq Türkiyə uğrunda döyüşüb, şəhid olmağa, ölməyə hazır olan insanlarımız var. Türkiyə uğrunda döyüşməyə, şəhid olmağa hazır olan minlərlə Azərbaycan övladları var\”, – deyə bildirib.

Azərbaycandan Türkiyəyə Afrin dəstəyi

İnterpress.az