İnterpress.az xəbər verir ki, İftixar Piriyev özünə yaxın aktyorları baş rejissor Sərvər Əliyevlə üz-üzə qoymaqla, ona müxtəlif yollarla təzyiq göstərməyə çalışır.
Bildirilir ki, S.Əliyevin Piriyevə yaxın olmayan aktyorlarla yaxşı münasibəti, qurduğu tamaşada onlara rol verməsi direktoru narazı salıb.
Ancaq o, bunu açıq şəkildə büruzə vermir. Əvəzində özünə yaxın aktyorlara (onların sayı təxminən 3-4 nəfərdir-İ.V.) S.Əliyevin tapşırıqlarına tabe olmamaq göstərişi verilib.
Mənbə qeyd edir ki, tanınmış aktyor Əjdər Zeynalova məhkəmədə məğlub olan İ.Piriyev bunu həzm edə bilmir. Ona görə də, Ə.Zeynalovun münasibətinin yaxşı olduğu hər kəsi sıxışdırmağa çalışır.
Sərvər Əliyev
Mövzunu diqqətd saxlayacağıq. (ölkə.az)
İnterpress.az