İnterpress.az xəbər verir ki, bu barədə sakinlər məlumat verib və şirkətin məsul şəxsi isə deyilənləri inkar etməyib.
Şikayətçilər mənzil satılan zaman “AAAF Park”ı belə qadağanın olması barədə heç bir məlumat verməməkdə günahlandırıb. Şirkətin məsul nümayəndəsi Rəşad Əliyev orada yaşayan sakinlərin istəyi əsasında bu addımın atıldığını deyib.
Şikayətçilərdən biri şort qadağasını “rəzillik və biabırçılıq” adlandıraraq sərt reaksiya verib.
Qeyd edək ki, “AAAF Park”ın özünəməxsus qadağaları var. Məsələn, parka bir neçə oğlanın birgə daxil olmasına icazə verilmir. Orada ailəvi istirahət edənlərin rahatlığının təmin olunması məqsədilə belə addım atıldığı bildirilir. (minval.info)
İnterpress.az