Həkimlər qızı xərçəng xəstəliyindən xilas etmək üçün qorxunc hala saldılarbackend

Həkimlər qızı xərçəng xəstəliyindən xilas etmək üçün qorxunc hala saldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xiao Yanın başına gələn bu hadisə dünya mətbuatında geniş müzakirələrə yol açıb.

Belə ki, doğuşdan üzündə xal ləkəsi olan bu gənc qız üzündəki xalın götürülməsi üçün həkimə müraciət edib. Həkimlər ona üzündəki xal ləkəsinin xərçəng xəstəliyinə çevrilmə ehtimalının olduğunu deyib.

Həkimlər qızı xərçəng xəstəliyindən xilas etmək üçün qorxunc hala saldılar

Həkimlər gənc qızı əməliyyat edərək onun üzünün dörd tərəfinə toxumalar yerləşdiriblər. Bu da Xiao Yanın görünüşünü qəribə hala salıb. Lakin həkimlər işin sonunda bu toxumalardan yeni bir dərinin əldə olunacağını və gənc qızın bu durumdan xilas ediləcəyini söyləyib.
Mətbuata da açıqlama verən gənc qız başına gələnlər haqqında bunları deyib: “Bu şəkildə anadan olmuşam. Üzümdəki ləkə məni hər zaman narahat edib. Ancaq dostlarım məni heç zaman tək buraxmayıblar. Hər zaman mənə dəstək olublar. Mən böyüdükcə üzümdəki ləkə də böyüdü. Həkimlər bu ləkənin gələcəkdə xərçəng xəstəliyinə çevrilmə riskinin olduğunu bildirdilər. Həkimlər üzümün dörd bir yanına top şəklində toxumalar yerləşdirib. Üzümdəki ləkəni əməliyyat edib götürdükdən sonra boş qalan yeri doldurmaq üçü həmin toxumalardan istifadə ediləcək\”.

Əməliyyat üçün lazım olan pulu ona edilən yardım vasitəsilə toplayan Xiao Yan artıq üzünün normala düşəcəyi günü gözləyir.

“Melanositik nevus” xəstəliyi bədənin hər hansı bir yerində ola bilər. Əsasən baş, ayaq və qollarda görünən bu xəstəlik ən çox yayılaraq bədən üzvlərinin yüzdə ikisini əhatə edə bilir.

Həkimlər qızı xərçəng xəstəliyindən xilas etmək üçün qorxunc hala saldılar

Bu ləkənin təmizlənməsi üçün ən azı 3-4 tibbi əməliyyat lazımdr. Lakin bu əməliyyatların sonunda yara ləkələri də qala bilər.

İnterpress.az