İnterpress.az ABC News kanalının Twitter hesabına istinadən xəbər verir ki, idarəetməni itirən kiçik həcmli təyyarənin pilotu, təyyarəni “beli üstə” yerə endirə bilib.
Hadisə Lonq-Aylend (Nyu-York) adalarının sahilində baş verib. Qəza anında təyyarədə pilotdan başqa 2 şagirdi də olub.
Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
İnterpress.az