İnterpress.az xəbər verir ki, bu barədə “Fərqanə” Daşkənddən olan mənbələrə istinadən məlumat yayıb.
İnoyatovun əvəzinə ölkənin ən məxfi və nüfuzlu orqanının başına İxtiyor Abdullayev gətirib. Sonuncu, buna qədər ölkənin baş prokuroru vəzifəsini tutub.
Yanvarın 31-də Mətbuatçılar küçəsində yerləşən MTX –nin baş idarəsinə gələn Özbəkistan prezident Şavkat Mirziyoyev məxfi xidmət orqanının və onun başçısı Rüstəm İnoyatovun fəaliyyətini kəskin tənqid atəşinə tutub.
Qeyd edək ki, vəzifədən kənarlaşdırılan general-polkovnik 22 –ildən çox MTX rəhbəri olub.
Bir vaxtlar Özbəkistanın “baş çekisti” ölkənin ilk prezidenti İslam Kərimovun potensial siyasi varislərindən hesab olunub. Hətta hakimiyyətin dinc yolla Mirziyoyevə ötürülməsinin, hazırkı dövlət başçısı ilə MTX rəisi arasında gizli sövdələşmənin nəticəsində baş tutduğunu iddia edən ekspertlər də az deyil.
İnoyatovun xüsusi xidmət orqanına rəhbərlik edən müddətdə ölkədə nəhəng biznes imperiyası qurduğu iddia olunur.
Xatırladaq ki, 2016-cı ilin payızında hakimiyyətə gəlmiş Mirziyoyev faktiki olaraq keçmiş hökumətdə təmsil olunan bütün nazirləri vəzifədən kənarlaşdırıb.
İnterpress.az