Türkiyədən Rusiyaya tələb: Terrorçunu təhvil verinbackend

Türkiyədən Rusiyaya tələb: Terrorçunu təhvil verin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bəyanat verib.

Onun sözlərinə görə, rəsmi Ankara Moskvadan terrorçunun təhvil verilməsini tələb edib.

Yanvarın 30-da Türkiyə Rusiyanın terrorçu Mixraç Uralın Suriya üzrə konqresdə iştirak məsələsinə aydınlıq gətirməsini tələb edib.

Diplomatik mənbələrə əsasən, Türkiyənin Soçidəki nümayəndə heyəti Xarici İşlər Nazirliyi və Rusiya Müdafiə Nazirliyinin simasında tədbir təşkilatçılarına məsələ ilə bağlı müraciət edib və konqres iştirakçıları arasında 2013-cü ildə Türkiyənin Reyhanlı rayonunda 52 nəfərin ölümü ilə nəticələnmiş terror aktında iştirakla bağlı axtarışa verilən terrorçu Mixraç Uralın yer almasına aydınlıq gətirilməsini istəyib.

Türkiyəli nümayəndələr bildirib ki, Mixraç Uralın adı konqres iştirakçılarının razılaşdırılmış siyahısında olmayıb.

Nümayəndə heyəti terrorçunun zalda əyləşməsi ilə bağlı narahatlıq ifadə edərək, Rusiya tərəfindən izahat tələb edib.

Rəsmi Moskva baş verənlərin səbəbini hərtərəfli şəkildə araşdırmağa və nəticələri barədə Türkiyə tərəfini məlumatlandırmağa söz verib.

İnterpress.az