İnterpress.az xəbər verir ki, bu gün Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hər iki şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası fevralın 6-na təyin edilib.
Aslan İsmayılovu xüsusi ittiham qaydasında məhkəməyə verən Hafiz Hacıyev müraciətində bildirib ki, hüquqşünas onun şərəf və ləyaqətini alçaldıb. Buna görə Aslan İsmayılovun Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini istəyib.
Aslan İsmayılov da eyni maddələrlə onu məhkəməyə verib. (teleqraf.com)
İnterpress.az