İnterpress az saytının xarici mətbuata istinadən məlumatına görə, “Renn”lə qarşılaşmanın sonlarında sarı vərəqə alan braziliyalı kobud oynadığı müdafiəçi Amari Traoreyə hörmətsizlik edib.
Belə ki, yerə yıxılan rəqibə əvvəlcə əlini uzadan Neymar daha sonra onu ayağa qaldırmaq əvəzinə əlini çəkib və bu hərəkətini gülüşlə qarşılayıb.
Ulduz futbolçunun “Barselona”dakı sabiq komanda yoldaşı Xavi Ernandes bunu doğru hərəkət saymayanlardandı. O, “sambaçı”nın məhz belə xarakterinə görə “Barsa”dan ayrıldığını düşünür: “Neymarın hərəkətinə məyus oldum. Ümid edirəm ki, zaman ona rəqiblərə daha çox hörmət etməyi öyrədər. Biz Neymarı “Barselona”da öyrədə bilmədik. Bəlkə də, elə buna görə o, komandanı tərk etdi. Bu qərar hamı üçün ən doğrusu idi. Belə hərəkətlər böyük futbolçuları kiçik oyunçu edir”.
Qeyd edək ki, “Renn” üzərində 3:2 hesablı qələbə qazanan PSJ Fransa Liqa Kubokunda finala adlayıb.
İnterpress.az