İnterpress.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Suraxanı RPİ 32-ci PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 1-nə keçən gecə rayon ərazisindəki mağazaların birindən 3300 manat oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini olan bir yeniyetmə saxlanılıb.
İnterpress.az