İnterpress.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, terrorçular Afrindəki mövqelərindən Kilisə 3 raket atıb. Onlardan biri yola, digər 2-si boş əraziyə düşüb.
Daha bir raket Hatayın Reyhanlı bölgəsinə atılıb. Raket zərbələri nəticəsində ölən və yaralanan olmayıb.
Ötən gün Kilisə atılan raket restorana düşüb, hadisə nəticəsində 4 nəfər yaralanıb.
Qeyd edək ki, “Zeytun budağı” əməliyyatının başladığı gündən indiyədək Afrindən Türkiyə ərazisinə 60 raket atılıb. Hücumlar nəticəsində 5 nəfər ölüb, 77 nəfər yaralanıb.
İnterpress.az