İnterpress.az xəbər verir ki, hadisə rayonun Kolatan kəndində qeydə alınıb.
Belə ki, həmin kəndin sakini, 40 yaşlı Vüsal Qasım oğlu Hüseynovun yaşadığı mənzildə meyiti aşkar olunub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. İlkin məlumata görə, mərhum küt alətlə başından aldığı zərbələrdən ölüb.
Qeyd edək ki, V.Hüseynov uzun müddət – təxminən, 20 il Rusiya Federasiyasında yaşayıb. O, ötən ay Astaraya gəlib. V.Hüseynov Astarada 7 sutkalıq həbs cəzası alıb. İki gün öncə həbsdən çıxıb.
Faktla bağlı araşdırmalara başlanılıb. (report)
İnterpress.az