İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Ankara valiliyi məlumat yayıb. Açıqlamada bildirilir ki, partlayıcı qurğunu binaya PYD terror təşkilatı ilə əlaqəli şəxs keçirib. Onun Türkiyə təhlükəsizlik qüvvələri tərəfindən məhv edildiyi bildirilir. Hadisə ilə əlaqədar 8 nəfər saxlanılıb.
Qeyd edək ki, fevralın 1-də Ankarada Çukurambar rayonunda, vergi müfəttişliyinin binasında partlayış baş verib. İnsident nəticəsində 3 nəfər yaralanıb.
İnterpress.az