İnterpress.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, bu gün Bakı şəhəri, Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin girişində tikilmiş emalatxana və içərisində olan əşyalar 10 m2 sahədə yanıb. Yanğınsöndürənlər tərəfindən 9 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.
Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
İnterpress.az