İnterpress.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Afrinin şimal-şərqində yerləşən Şeyx Horoz rayonunda terrorçular tərəfindən atılan mərmilərdən biri Türkiyə Hərbi Qüvvələrinin tankına dəyib. Nəticədə tankda olan 5 hərbçi həlak olub.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin şəhərində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. \”Zeytun budağı\” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin \”F-16\” təyyarələri də cəlb olunub.
İnterpress.az