İnterpress.az xəbər verir ki, Müqəddəs Pyotr meydanında kütlə qarşısında çıxış edən Papa bildirib ki, dünyada bir çox ixtilaf faciəvi şəkildə uzandığı üçün belə bir çağırış edib. Papa çıxışında “Hər kəs vicdanına Tanrı hüzurunda “sülh üçün nə edə bilərəm”-sualını verməlidir”.
Qeyd edək ki, 23 fevral tarixi katolik dininə inananların oruc tutub savab işlədiyi, tövbə etdiyi Pasxa bayramından əvvəlki pəhriz həftəsinin ilk cümə gününə düşür.
Papa getdikcə çoxalan israf mədəniyyətini tənqid edib və Madaqaskarda tufandan sonra çətin vəziyyətə düşənlər üçün dua edib. (ölkə.az)
İnterpress.az