Fəxri Qasımovun idarə etdiyi \”Mercedes\” markalı, 90 XG 142 dövlət qeydiyyat nişanlı minik avtomobili yerüstü piyada keçidinin dirəyinə çırpılıb.
DİN-dən İnterpress.az-a verilən məlumata görə, qəza nəticəsində avtomobildə olan şəxslərdən biri- orta yaşlı kişi hadisə yerində dünyasını dəyişib, digər 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Araşdırmalar zamanı məlum olub ki, dünyasını dəyişən Türkiyə vətəndaşı Murat Yıldırımdır.
Faktla bağlı Suraxanı rayon Polis İdarəsində 263.2-ci maddə iləs cinayət işi başlanıb, sürücünün izahatı alınıb, avtomobil cərimə meydançasına yerləşdirilib.
İnterpress.az