Stoltenberq: Türkiyə bizi məlumatlandırırbackend

Stoltenberq: Türkiyə bizi məlumatlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu bəyanatı NATO baş katibi Yens Stoltenberq səsləndirib.

“Ərdoğan və digər türkiyəli siyasətçilərlə söhbətlərimdə, koalisiyaların bir-birinə qarşı savaşmaması üçün Suriyada quru əməliyyatları aparan ölkələrin bir-birilə əlaqə saxlamasının vacibliyini qeyd etmişəm.

Düşünürəm ki, bunu hamı anlayır və buna çox ciddi yanaşırıq. Türkiyə bundan əvvəl NATO-nu Afrin əməliyyatı haqqında məlumatlandırıb və bundan sonra da məlumatlandıracaq. Suriyada quru qüvvələri olan ölkələrlə maksimum geniş əlaqələrin qurulmasına nail olmağa çalışacağıq”, – deyə Atlantika Alyansının baş katibi bildirib.

Stoltenberq Türkiyənin İŞİD-ə qarşı mübarizəyə böyük töhfələr verdiyini və NATO-nun ən vacib dövlətlərindən olduğunu bildirib. (oxu.az)

İnterpress.az