İnterpress.az xəbər verir ki, layihə Milli Məclisə Prezident İlham Əliyevin imzası ilə daxil olub.
Layihə ilə Ali Məhkəmənin hakimi səlahiyyətləri müddəti 2018-ci il fevralın 25-də bitən Ramiz Rzayevin Ali Məhkəmənin hakimi təyin edilməsinə baxılması tövsiyə edilib.
Layihə səsvermədən keçərsə, qərar 2018-ci il fevralın 25-də qüvvəyə minəcək.
Qeyd edək ki, R.Rzayev 2005-ci ilin aprelin 19-dan Ali Məhkəmənin sədri, həmin ildən Məhkəmə-Hüquq Şurasının üzvüdür. (report)
İnterpress.az