İnterpress.az xəbər verir ki, bu barədə AzNews.az-a Hacıqabul rayon mərkəzi xəstəxanasından məlumat verilib. Məlumata görə, Xalidə Qəmərovanı əri başından baltalayıb:
“Hazırda qanaxma dayanıb. Huşu özündədir, insanlarla ünsiyyəti var. Sadəcə, nevropatoloq baxmalı və müayinə etməlidir. Son sözü də nevropatoloq deyəcək”.
Qeyd edək ki, Hacıqabul rayonunda dəhşətli hadisə baş verib. Rayonun Koroğlu küçəsi, 14 ünvanında yaşayan 1985-ci il təvəllüdlü Adəm Hüseynqulu oğlu Qəmbərov mübahisə zəminində həyat yoldaşı, 1985-ci il təvəllüdlü Xalidə Nurəddin qızı Qəmbərovaya balta ilə xəsarət yetirib.
İnterpress.az