İnterpress.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytında dərc olunmuş məlumatda bildirilir.
“Dövlət katibi Tillerson Boqotada səfərdədir. Məqsəd kokain istehsalı ilə Kolumbiyanın apardığı mübarizəyə ABŞ-ın qoşulmasını müzakirə etməkdir”, – deyə Dövlət Departamentinin nümayəndəsi Xizer Noyert bildirib.
Tillerson həmçinin Venesueladan ABŞ-a miqrant axınının artdığını da müzakirə edib.
Qeyd edək ki, Kolumbiyada noyabrda ölkə tarixində ən iri kokain partiyası müsadirə edilib.
İnterpress.az