İnterpress.az xəbər verir ki, beş nəfərlik alpinist qrupunun yürüşü fevralın 25-də zirvədə \”Xocalıya ədalət!” posterinin açılması ilə yekunlaşıb.
\”Everest” İdman Klubunun təşkil etdiyi yürüş Binəqədi rayonu M.Ə.Rəsulzadə bələdiyyəsinin dəstəyi ilə reallaşıb. Yürüşdə peşəkar dağçılar Turan Əhmədov, Emin Mirzəyev, Rinad Rəhimxanov, Natiq Yusifli, Anar Abbasov və Turan Əhmədov iştirak edib.
Yürüşün təşkil olunmasında əsas məqsəd gənc nəslin diqqətini Xocalı faciəsinə yönəltməklə yanaşı, sağlam həyat tərzini təbliğ etmək, idmanın bu növünü tanıtmaq və ona olan marağı artırmaqdan ibarətdir.
Daşkəsən rayonu ərazisində yerləşən 3 min 361 metr yüksəklikdəki Qoşqar zirvəsi Kiçik Qafqaz sıra dağlarına aiddir.
İnterpress.az