“Sonsuz dəhliz” filmi AzTV-də nümayiş olunacaqbackend

“Sonsuz dəhliz” filmi AzTV-də nümayiş olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, filmin ingilis dilində olan versiyasında kadrarxası mətni britaniyalı aktyor, “OSKAR” mükafatçısı Ceremi Ayrons oxuyur. Azərbaycan dilində olan versiyada mətni Azərbaycanın xalq artisti Rafiq Hüseynov səsləndirib.

Filmdə Ermənistan nizami ordusunun törətdiyi Xocalı soyqırımının şahidləri olan litvalı hərbi reportyor Riçardas Lapaitis və onun rusiyalı həmkarı Viktoriya İvlevanın faciədən 20 il sonra Azərbaycana gələrək, qətliamdan xilas olmuş şəxslər ilə görüşlərində lentə aldıqları xatirələrdən bəhs edilir, yeni sənədlər, faktlar və xronikalar ilə hadisələrin obyektiv mənzərəsi canlandırılır. Filmdə tanınmış erməni hüquq müdafiəçisi Georgi Vanyanın, Qarabağ erməni separatçı hərəkatının lideri Levon Məlik-Şahnəzaryanın, Xocalıya hücum əməliyyatının rəhbəri general Arkadi Ter-Tadevosyan və rus yazıçı və ictimai xadim Yuri Pompeyevin müsahibələri də yer alıb.

İnterpress.az