“Şagirdlərə qarşı zorakılıq edir, polisə müraciət olunub”- Nazirlik məktəbdəki olaya qarışdıbackend

“Şagirdlərə qarşı zorakılıq edir, polisə müraciət olunub”- Nazirlik məktəbdəki olaya qarışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məsələ ilə bağlı Təhsil Nazirliyinin Bakı şəhər üzrə Təhsil İdarəsindən big.az-ın sorğusuna cavab olaraq sözügedən məsələnin hazırda araşdırıldığını və valideynin yalnış məlumat verdiyi bildirilib.

Sözügedən açıqlamaya görə, 9-cu sinif şagirdi Rauf Oruclu xəbərdarlığa rağmən məktəbin nizam-intizam qaydalarına əməl etməyib, dərsləri müntəzəm pozub, müəllim və sinif yoldaşlarına qarşı kobud davranıb.

\” 22 nömrəli tam orta məktəbdən verilmiş məlumatda qeyd olunur ki, məktəbin bir nəfər IX sinif şagirdinin davranışı ilə bağlı müvafiq problemlər müşahidə olunmaqdadır: Şagird məktəbdaxili nizam-intizam qaydalarına əməl etmədiyi, dərsləri müntəzəm pozduğu, müəllimlərə və sinif yoldaşlarına qarşı kobud davrandığı və məktəbli geyimi formasına riayət etmədiyi üçün məktəb rəhbərliyi və sinif rəhbəri tərəfindən dəfələrlə tənbeh olunub. Şagirdin digər şagirdlərə qarşı zorakılıq hərəkətlərinə və məktəbin inventarını-ehtiyat qapısını yararsız hala saldığına görə Sabunçu rayon Polis İdarəsinin 14-cü bölməsinin Yeniyetmələrlə iş şöbəsinə də şifahi müraciət olunub. İnspektor məktəbdə valideyn ilə söhbət aparan zaman valideyn övladının psixoloji durumunda problem olduğunu bildirib”.

Bundan əlavə vurğulanıb ki, məktəb rəhbərliyi və müəllimlər tərəfindən həm şagird, həm də valideynlə dəfələrlə söhbət aparılmasına baxmayaraq, məsələ öz həllini tapmayıb: “Həmin şagird coğrafiya dərsi zamanı mobil telefonda musiqi səsləndirərək müəllimin intizam tələblərinə də əməl etməyib. Bu barədə valideynə məlumat verilsə də, valideyn məktəbə gəlib övladına qarşı tərbiyəvi tədbirlər həyata keçirmək əvəzinə yanlış məlumatlar yayır. Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır. Problemin həllində məktəblilərin psixoloji zərər görməməsi əsas amil kimi diqqət mərkəzində saxlanılır. KİV nümayəndələrindən azyaşlıların mənafeyinin qorunması baxımından məsələnin həssaslığını nəzərə almaları xahiş olunur”.

İnterpress.az