İnterpress.az xəbər verir ki, proqramda mədəniyyət və “mədəniyyət” mövzusu ətrafında müzakirə aparılıb.
Verilişə dəvət alan yazar Kərəmat Böyükçöl çıxış edərkən qərbli ilə şərqlini müqayisə edib:
“Məsələn, avropada bir qız gecəsini gündüzə qatır, oxuyur, təhsil alır və savadlı həkim olur. Əməliyyat etdiyi kişidən xoşu gəlir və onunla müvəqəti həyat yaşamaq istəyir. Həmin şəxslə bir-iki ay yaşadıqdan sonra sevgiləri unudulur. İndi isə Şərqdən bir qadını misal çəkək. Atası 200 min verib Tibb Universitetinə düzəldəcək, yanına mühafizəçi salacaq, altına da maşın qoyacaq. Onu universitetə aparıb-gətirəcəklər, qiymətlərini də yazdırdacaqlar. Heç çox vaxt da ali məktəbə getməyəcək. Bu adam savadsız həkim olacaq. Əməliyyat etdiyi adamların sağ ayağı əvəzinə solu kəsəcək. İndi siz deyin, əxlaq, mədəniyyət hansıdır? Mənim nəyimə lazımdır o qızın intim həyatı. Biz niyə namusu, qeyrəti paçanın arasında axtarırıq?!”
Qeyd edək ki, verilişin tam versiyası həftənin cümə günü telekanalda yayımlanacaq. (Minval.info)
İnterpress.azhttps://youtube.com/watch?v=Lf0MqsDm7CI