Publika.az və Teleqraf.com saytlarının 6 yaşı tamam olurbackend

Publika.az və Teleqraf.com saytlarının 6 yaşı tamam olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Publika.az 2012-ci ilin martın 1-də sayt kimi, \”Teleqraf\” isə gündəlik qəzet kimi fəaliyyətə başlayıb.
Publika.az-da xəbərlərlə yanaşı, geniş araşdırmalar, təhlillər, müsahibələr, həmçinin, oxucunu maraqlandıran layihələr yer alır.
Portalın iş prinsipi gündəmə uyğun xəbərlər hazırlamaq, yeni informasiya istehsal etmək və oxucunu məlumatlandırmaqdır.
Portal özündə bir neçə saytı və bölməni birləşdirir.
Nida.az, Qırmızı.az, Stringer.az, Tabloid.az, Ekopublika.az, Rəsmi xronika, Dünya, Maraqlı, Mistika, İdman bölmələrinin hər biri alt qruplardan ibarətdir.
Portalda ayrıca olaraq “Bitmiş layihələr” bölməsi də var. Bu bölmədə indiyə qədər yayımlanmış, hazırda dayandırılan layihələr toplanıb. Oxucu özünə maraqlı olan layihələri buradan tapa bilər.
Publika.az-ın əsas hədəfi siyasətdən tutmuş, şou-biznesə qədər bütün sahələri əhatə etmək və hər kateqoriyadan olan oxucuları məlumatlandırmaqdır.
Fasiləsiz xəbər yayımlamaq Publika.az-ın əvvəl gündən əsas hədəfi olub. Hazırda da bu məqsədə sadiq qalmaqdayıq.
Teleqraf.com saytı isə siyasət, dünya, iqtisadiyyat, yazarlar, müsahibə, simsiz, toplum, kriminal, art, idman, maqazin kimi çoxşaxəli bölmələrə uyğun xəbərlər istehsal edir. Xəbərə xüsusi həssaslıqla yanaşan bu saytda günün ən aktual məsələləri, hadisələri ətrafından debatlar, açıqlamalar, təhlillərlə tanış ola bilərsiniz.
Məhz bunun nəticəsidir ki, hər iki saytın sözünə etimad göstərən sadiq oxucu aidutoriyası formalaşıb. 6 ildir bizi tək qoymadıqlarına görə, oxucularımıza təşəkkür edirik. Etimadınız qürur yerimizdir!

İnterpress.az olaraq həmkarlarımızı təbrik edir, onlara bol-bol oxucu kütləsi arzu edirik.