Prezidentin də baş çəkdiyi faciəni TV-lər niyə görmür?backend

Prezidentin də baş çəkdiyi faciəni TV-lər niyə görmür?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hadisə yerinə prezident İlham Əliyev də baş çəkib. Ölkə başçısı yanğınla bağlı göstəriş verib. Azərbaycan Prezidentinin göstərişinə əsasən fakt üzrə Baş Prokurorluq tərəfindən dərhal cinayət işi başlanılıb, həmçinin Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

BakuPost xəbər verir ki, ölkənin online media qurumları yalnız bu hadisə barədə məlumatlar tirajlasa da, sosial şəbəkələrdə əsasən bu hadisə müzakirə olunsa da, TV-lər proqramlarından heç bir dəyişiklik etməyib. Hətta məsələ ilə bağlı xəbər xarakterli məlumat belə yayımlamayıblar. Hər bir TV əvvəldən müəyyənləşdirildiyi üzrə verilişlərin və yaxud filmlərin verilməsinə davam edir. Bu isə həm sosial şəbəkələrdə, həm də əhali arasında narazılıqla qarşılanıb.

BakuPost-un əməkdaşı belə bir məqamda televiziyaların kiçik monitorinqini aparıb.

Məlum olub ki, AzTV-də \”Parisə sənəd” adlı film nümayiş olunur.

İTV-də \”Sağlam yaşamaq” verilişi verilir.

ATV-də isə bir neçə dəqiqə əvvələ kimi \”Geriyə baxanda”, indi isə \”Həkimsən\” verilişi yayımlanır.

Prezidentin də baş çəkdiyi faciəni TV-lər niyə görmür?

Xəzər TV-də isə bir neçə dəqiqə əvvələ kimi \”Nuş olsun” verilişi efirdə olub. Veriliş canlı yayımlansa da, musiqi seçimlərində heç bir dəyişiklik edilməyib, ritmik musiqilər səsləndirilib. Hazırda isə \”Xəzər Xəbər” efirə verilir.

CBC Azərbaycan-da hazırda xəbərlər buraxılışı yayımlanır.

Space-də \”Ögey ana”, Lider TV-də isə hazırda \”Səda” informasiya buraxılışı efirdədir.

Əhali TV-lərdən operativlik, xarici kanallardakı kimi ölkədə ciddi hadisə baş verdikdə dərhal proqram dəyişikliyi edib hadisə yerindən canlı bağlantılar etmələrini gözləsə də, illərdir, bu problem həll olunmur.

İnterpress.az