İnterpress.az xəbər verir ki, Azər Həsrət hüquq müdafiəçisini bu iddialarına görə xəstə adlandırıb. Belə ki, Aslan İsmayılov Diaspora Komitəsinin Amsterdamda təşkil etdiyi toplantıda azərbaycanlıları bir-biri ilə qanlı mübarizəyə səslədiyini və bunun qırğına səbəb olacağını bildirsə də Azər Həsrət bununla razılaşmayıb:
\”Bu Aslan İsmayılov həqiqətən xəstədir. Dostları, yaxınları bu adamı müalicə etməlidir. Nə olduğundan xəbəri yox, görün nə boyda iddia atır ortalığa. Şəxsən mən adı keçən tədbirdə iştirak etmişəm, özü də fəal şəkildə. İştirakçılarla görüşüb söhbət də etmişəm. Yəni tam bir dostluq ortamı vardı. Prezidentin köməkçisi Əli Həsənov, Diaspor Komitəsinin sədri Nazim İbrahimov da daxil olmaqla heç kimin çıxışında kiməsə qarşı qisas, hücum çağırışı yox idi. Hamı vurğunu Azərbaycan və Azərbaycanlı adının yüksək tutulmasına, dövlətçiliyin müdafiə zərurətinə edirdi. Heç hakimiyyətə dəstək çağırışı da yox idi. O üzdən tədbir hər kəsin ürəyincə oldu. Aslan İsmayılovsa xəbəri olmadan görün nə iddialar irəli sürür və ictimai rəyi aldadır. Ona inanan 137 nəfərsə bu boş iddiaları paylaşır. Deməli bu adam bir daha ictimai rəyə hörmətsizlik edir. Xəstəlikdir!\”. ( big.az )
İnterpress.az