Siyavuş Deraxti Azərbaycan həqiqətləri barədə Almaniyanın “WRT” kanalına  müsahibə veribbackend

Siyavuş Deraxti Azərbaycan həqiqətləri barədə Almaniyanın “WRT” kanalına müsahibə verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, İsveçdə və Avropada tanınmış gənc fəal “Antisemitizmə və ksenofobiyaya qarşı mübarizə” gənclər təşkilatının sədri, həmyerlimiz Siyavuş Derəxti AAK Amsterdamda keçirilən qurultayı, Xocalı soyqrımı və Azərbaycan həqiqətləri barədə Almaniyanın “WRT” kanalına müsahibə verib.

Siyavuş Derəxti alman televiziyasna müsahibəsində Amsterdamda keçirilən Avropa Azərbaycanlıları Konqresinin qurultayı barədə danışıb. O, həmçinin Azərbaycanın multikulturalizmə önəm verən, tolernt ölkə olduğunu bildirib, eyni zamanda, Azərbaycanın turizm sahəsi, onun əlverişli təbiəti haqqında da geniş məlumat verib. Derəxti Bakının Formula 1, Euro-2020, Expo-2025, Çempionlar Liqasının 2019-ci ildə final oyunları kimi beynlxalq yarışlara ev sahibliyi edəcəyi ilə bağlı alman izləyicilərini ətraflı məlumatlandırıb.

S.Derəxti Azərbaycanın coğrafi reylefinə diqqət çəkərək, bir tərəfdən dəniz, digər tərəfdən dağlarının olduğunu, belə bir gözəl təbiətə malik ölkəni Avropa və Amerikanı mütləq kəşf etməli olduğunu xüsusi qeyd edib.

Sonda o, dünyada qolf həvəskarlarının Azərbaycanı tanıdıqdan sonra Dubaya yox, Azərbaycana səfər edəcəklərini inandığını bildirib.

Siyavuş Derəxti Azərbaycan diasporunun fəal simalarından, Cavad Derəxtinin oğludur.

Siyavuş Deraxti Azərbaycan həqiqətləri barədə Almaniyanın “WRT” kanalına  müsahibə verib

Siyavuş Deraxti Azərbaycan həqiqətləri barədə Almaniyanın “WRT” kanalına  müsahibə verib

Siyavuş Deraxti Azərbaycan həqiqətləri barədə Almaniyanın “WRT” kanalına  müsahibə verib

İnterpress.az