İnterpress.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Türkiyənin Adana şəhərində baş verib. Belə ki, şəhər polisinə müraciət edən 15 yaşlı qız sevgilisi Muhəmməd Reşit tərəfindən zorlandığı barədə məlumat verib.
Bundan sonra qızın atası Emrah Bayraktar 17 yaşlı Reşiti qətlə yetirib. E.Bayraktar bu hadisədən sorna Adana polisi tərəfindən həbs olunub.
Məhkəmə prosesində isə gözlənilməz hadisə baş verib. Məhkəmədə ifadə verən 15 yaşlı qız əslində, M.Reşit tərəfindən deyil, atasının dostu Murat Çap tərəfindən təcavüzə məruz qaldığını qeyd edib.
Qız atasından qorxduğuna görə yalan danışdığını bildirib.
Daha sonra məhkəmədən bağışlanmısını istəyən qız da polisə yalan məlumat verməkdə ittiham olunaraq saxlanılıb.
Hazırda hüquq-mühafizə orqanları istintaqda adı çəkilən M.Çağı axtarır.
İnterpress.az